Qəbələ RLS-in dayandırılmasının Azərbaycan-Rusiya münasibətlərinə təsiri - SORĞU
Rusiya bu haqda Azərbaycana rəsmi nota təqdim edib.
Bu addım iki ölkə arasında münasibətlərə necə təsir edəcək? APA bununla bağlı sorğu keçirib.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya açıqlamasında Qəbələ RLS ətrafında son vəziyyəti şərh edib. Millət vəkili qeyd edib ki, rəsmi Bakı Qəbələ RLS ilə bağlı məsələdə Azərbaycan dövlətinin milli maraqlarını tam qoruyub. Stansiyanın icarə haqqı ilə bağlı Bakının təklifləri bütün parametrlər üzrə əsaslandırılıb: «Düşünürəm ki, bu məsələdən ilk növbədə Rusiyanın hərbi sənaye dairələri Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar. İkinci tərəfdən, Ermənistan bundan Azərbaycana qarşı istifadə edəcək».
Millət vəkilinin sözlərinə görə, Rusiyanın stansiyadan imtina qərarının “hərbi ultimatum” kimi təqdim etməyə, məsələni qabartmağa ehtiyac yoxdur: “Düşünürəm ki bu məsələ iki ölkə arasındakı hərbi əlaqələri zədələməyəcək. Ölkələr arasındakı əlaqələr digər sahələrdə daha yüksək səviyyədə davam edəcək”.
“Məncə, vəziyyətin gərginləşdirilməsi lazım deyildi, kompromis tapmaq olardı”. Bu açıqlamanı APA-ya rusiyalı politoloq Sergey Mixeyev verib.
O qeyd edib ki, Qəbələ RLS-in istismarının dayandırılması Rusiya üçün çox ciddi çətinliklər yaratmayacaq: “Biz Ukrayna ilə də analoji vəziyyəti yaşamışdıq. Gürcüstanla vəziyyətdə də alternativ tapdıq. Təbii ki, bu alternativə vaxt, pul, səy sərf etmək lazım gəldi, amma biz əvəz tapa bildik. Lakin təəssüf ki, münasibətlərə müəyyən zərər dəydi. Sözsüz ki, bu ölümcül zərər deyil, baş verənlər vəziyyəti radikal şəkildə pisləşdirə bilməz”.
Azərbaycanın sabiq müdafiə naziri, ehtiyatda olan general-mayor Dadaş Rzayev APA-ya açıqlamasında bildirib ki, Rusiyanın Qəbələ RLS-in fəaliyyətini dayandırması ölkələr arasındakı hərbi və hərbi-texniki əlaqələrə hər hansı bir mənfi təsir göstərməyəcək. Sabiq müdafiə nazirinin sözlərinə görə, Qəbələ RLS hərbi əlaqələrdə yalnız bir komponentdir: “Azərbaycan və Rusiya arasında yüksək səviyyədə hərbi və hərbi-texniki əlaqələr mövcuddur. Azərbaycanın hazırda Rusiyada böyük həcmli hərbi sifarişləri var və bu sifarişlər icra olunmaqdadır”.
General deyib ki, Qəbələ RLS-in fəaliyyətinin davam etdirilməsi üçün təklif olunan icarə haqqının məbləği Rusiya kimi dövlət üçün elə də böyük vəsait hesab oluna bilməz: “Azərbaycan tərəfi bu təkliflərini əsaslandıraraq irəli sürür”.

Oxşar yazılar

İrandakı səfirliyimizin əməkdaşları və ailə üzvləri Azərbaycana gətirilib
16 iyun 2025 , 12:55
İsrail Ayətullah Əli Xamneyini öldürməyi planlaşdırırmı? Yeni TƏFƏRRÜATLAR
16 iyun 2025 , 11:04
Pənah Hüseyn partiya sədrliyindən istefa verib? - AÇIQLAMA -YENİLƏNİB
16 iyun 2025 , 10:40
Daha 36 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilə bilər - SİYAHI
16 iyun 2025 , 09:57
Biz Türkiyə mediasından bunu gözləmirdik! – RƏSMİLƏR NİYƏ SUSUR?
15 iyun 2025 , 18:11
15 iyun - Gələcəyə gedən yol - APA TV
15 iyun 2025 , 13:40
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
15 iyun 2025 , 00:01