Ermənistana sonuncu xəbərdarlıq
ABŞ-ın “Minilliyin çağırışları” Korporasiyası Ermənistana sonuncu dəfə xəbərdarlıq edib
Vaşinqtonda dövlət katibi Hillari Klinton və maliyyə naziri Timoti Qaydnerin iştirakı ilə ABŞ-ın “Minilliyin çağırışları” Korporasiyasının Direktorlar Şurasının iclası keçirilib.
APA-nın ABŞ bürosunun xəbərinə görə, iclasda Ermənistan və Nikaraquaya son xəbərdarlıq edilib. Qurumun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, Direktorlar Şurası adı çəkilən ölkələrlə münasibətlərinə yenidən baxmaq üçün iyul toplantısına kimi sınaq müddəti müəyyən edib. İyulda keçiriləcək yığıncaqda hər iki ölkə ilə əməkdaşlığa yekun qiymət veriləcək.
Həmin müddətə qədər isə qurum tərəfindən Ermənistanın ucqar rayonlarında yolların təmirinə ayrılan vəsaitin dondurulması qərarı qüvvədə qalacaq. Bu qərarın qəbuluna səbəb Ermənistanda demokratik idarəetmənin aşağı səviyyədə olmasıdır. Bəyanatda deyilir ki, Direktorlar Şurasının demokratiya və yaxşı idarəetmə ilə bağlı etimadını yenidən qazanmaq üçün məsuliyyət tamamilə Ermənistan hökumətinin üzərinə düşür.
Qeyd edək ki, “Minilliyin çağırışları” Korporasiyası keçmiş prezident Corc Buşun qərarı ilə yaradılan dövlət agentliyidir. Agentliyin son toplantısında qurumun yeni direktorları iştirak ediblər. Hazırda korporasiyanın Direktorlar Şurasında dövlət katibi Hillari Klinton və maliyyə naziri Timoti Qaydner, eləcə də bır sıra digər dövlət və özəl qurumların nümayəndələri təmsil olunur.

Oxşar yazılar

Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri ilə öldü - MƏHKƏMƏ
2 may 2025 , 14:14
Bakıda media ilə bağlı FORUM KEÇİRİLİB
2 may 2025 , 11:10
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında
2 may 2025 , 02:35
Ermənistanın Qaradağlı kəndini işğal etməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
1 may 2025 , 22:42
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində oldular
1 may 2025 , 22:14
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37
Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB
1 may 2025 , 11:15