Mehriban Əliyeva: “Amnistiya humanizmə xidmət edir”
Azərbaycan Milli Məclisinin “Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında” qəbul etdiyi qərar ümumilikdə məhkumların 35 faizinə, qadın məhkumların isə 60 faizinə şamil olunacaq.
APA-nın xəbərinə görə, bu barədə Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının sədri Əli Hüseynov parlamentdə layihənin təqdimatı zamanı bildirib. Ə. Hüseynov deyib ki, Amnistiya Aktı nəticəsində 1700 məhbus azadlığa çıxacaq. Bu da ümumi məhkumların 12 faizi deməkdir. Onun sözlərinə görə, 1200 məhkumun isə cəzası azaldılacaq. Qərardan sonra Azərbaycanda hər yüz min nəfərə 190 məhkum düşəcək. Komissiya sədrinin sözlərinə görə, bu, MDB üzrə birinci göstərici, Şərqi Avropa ölkələri üzrə isə eynidir.
Amnistiya Aktının təşəbbüskarı, millət vəkili Mehriban Əliyeva isə çıxışında bildirib ki, Milli Məclisin amnistiya barədə qərar qəbul etməsi humanizm prinsiplərinə xidmət edir. M. Əliyeva bu siyasətin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək bildirib ki, Amnistiya Aktı azadlığa çıxacaq məhkumlara doğru yola qayıtmağa imkan verəcək. Millət vəkili MM üzvlərini və Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.

Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13