Almaniyanın kansleri Angela Merkel vəzifəsini 50-ci illərin alman müğənnisi Hildeqard Knefin mahnısı, eləcə də Almaniya Demokratiya Respublikasından olan pank-rokçu Nina Haqenin mahnısı ilə tərk edəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, alman ənənəsinə görə, vəzifəsini tərk edən siyasətçi vida mərasimində səsləndiriləcək orkestr üçün musiqini “sifariş edə” bilər. Mənbənin sözlərinə görə, kansler öz gedişini qeyri-adi emosional etmək istəyib.
Merkeli Knefin mahnısı “Fur mich soll's rote Rosen regnen” (“Mənim üçün qırmızı güllərdən yağış yağmalıdır”) kompozisiyası və 1974-cü ildə ADR-də hit olan Haqeinin “Du hast den Farbfilm vergessen” (“Rəngli plyonkanı unutmusunuz”) mahnısı ilə yol salınacaq
Mərasim Berlindəki Müdafiə Nazirliyinin binasında baş tutacaq. Ora cəmi 200 nəfər dəvət olunub. Onların arasında Merkelin hakimiyyəti dövründə işləməiş bütün 52 federal nazir və digər tərəfdaşları da var.