Azad edilmiş rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, bölmələrimizin dislokasiya olunduğu rayonlara yeni yollar çəkilir, dağlıq ərazilərdəki mövqelərdə döyüş növbətçiliyi və qoşun xidməti təşkil olunur.