Azərbaycan Qazaxıstan taxılının Ermənistana daşınmasına şərait yaradıb - İLHAM ƏLİYEV
21 oktyabr 2025 13:18 (UTC +04:00)

Azərbaycan Qazaxıstan taxılının Ermənistana daşınmasına şərait yaradıb - İLHAM ƏLİYEV

0

Azərbaycan mövcud yüklərin Ermənistana tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bildirib.

Dövlət başçısının sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub:

“Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar