İlk dəfə "gənclik eliksiri"  hazırlandı
21 oktyabr 2025 10:41 (UTC +04:00)

İlk dəfə "gənclik eliksiri" hazırlandı

0

Dünyada ilk dəfə gənclik dərmanı hazırlanıb.

Lent.az xəbər verir ki, araşdırmalara görə, PF4 adlı zülal sümük iliyindəki kök hüceyrələrə əvvəlki gücünü və “gəncliyini” qaytara bilir.

ABŞ-in Çikaqo İllinoys Universitetinin alimləri qan hüceyrələrinin yaşlanma mexanizmini araşdıraraq əsas səbəbin platelet factor 4 (PF4) zülalının azalması olduğunu aşkar ediblər. Tədqiqatın nəticələri Blood jurnalında dərc edilib.

Məlum olub ki, yaş artdıqca PF4 səviyyəsi aşağı düşür və buna görə sümük iliyinin kök hüceyrələri zəifləyir. Nəticədə iltihabi proseslərin, qan xərçənginin və ürək-damar xəstəliklərinin riski yüksəlir. Gənc orqanizmlərdə PF4 hematopoetik kök hüceyrələrin bölünməsini tənzimləyir və onların həddindən artıq çoxalmasının qarşısını alır. Yaşlandıqca bu nəzarət zəifləyir, hüceyrələr daha sürətlə bölünür, mutasiyalar toplayır və tam qiymətli limfositlər yaratmaq qabiliyyətini itirir, bu isə immun sistemini zəiflədir.

Alimlər hesab edir ki, PF4 qanın və immun sistemin yaşla bağlı pozuntularına qarşı kompleks “cavanlaşdırıcı” terapiyanın tərkib hissəsi kimi istifadə oluna biləcək potensial “gənclik eliksiri”dir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar