Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı oldu
18 yanvar 2022 20:13 (UTC +04:00)

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı oldu

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Lent.az-ın xəbərinə görə,  telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub.

Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
 

# 2106
avatar

Oxşar yazılar