Azərbaycanda bu kəndin adı dəyişdirildi
15 dekabr 2020 11:22 (UTC +04:00)

Azərbaycanda bu kəndin adı dəyişdirildi

0

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şamaxı  rayonunun Saqiyan  kəndinin  Günəşli  kəndi  adlandırılması  haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə  edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də analoji məzmunda dəyişiklik təklif edilib.

Qanun layihəsinə əsasən, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsi  Günəşli bələdiyyəsi ilə əvəz edilib.

Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1106

Oxşar yazılar