İlham Əliyev, Azərbaycan Prezidenti
18 dekabr 2020 15:40 (UTC +04:00)

İlham Əliyev, Azərbaycan Prezidenti

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə nə vaxt başlayacaq? - Prezidentdən AÇIQLAMA - YENİLƏNİB

0

“Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycanın vaksinləşmə strategiyası haqqında danışarkən bildirib.

Dövlət başçısı qeyd edib ki, hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq: “Nəzərdə tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək”.

***

13:12

Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.

Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.  

Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2536

Oxşar yazılar