Aziz Sancar Şuşaya gəlir - FOTO
29 noyabr 2021 14:32 (UTC +04:00)

Aziz Sancar Şuşaya gəlir - FOTO

Türkiyəli alim, Nobel mükafatı laueratı Aziz Sancar Bakıya gəlib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov məlumat verib.

O, Aziz Sancarın UNEC iqtisadi forumunda iştirak etmək üçün Bakıya gəldiyini bildirib: “Forum çərçivəsində Aziz Sancarın iştirakı ilə çox faydalı görüşlər, o cümlədən gənc tədqiqatçılar, olimpiada qalibləri olan yuxarı sinif şagirdləri, bir qrup şəhid övladları-tələbələr və Gəncədən olan qızımız Xədicə ilə görüş, çox maraqlı müzakirələr, o cümlədən, Postcovid elm və təhsilinə elmi baxış, Şuşaya səfər və digər maraqlı tədbirlər nəzərdə tutulub.

Dəvətimizi qəbul etdiyinə görə Dəyərli Aziz Sancara təşəkkür edirik”.

# 2169
avatar

Oxşar yazılar