Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin vəziyyəti ağırdır.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, siyasətçiyə septik şok diaqnozu qoyulub. Jirinovskinin ağciyərlərinin tamamilə şişdiyi də məlum olub. Xəstənin vəziyyətində son gün mənfi bir tendensiya var.
Martın 16-da isə siyasətçinin vəziyyətinin yaxşılaşdığı barədə məlumat yayılmışdı. Bəzi məlumatlara görə, o, özü nəfəs ala bilər və bir neçə saat süni nəfəs aparatı olmadan qala bilirdi. Eyni zamanda Jirinovski çoxlu qan itirməkdə davam edirdi.
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin vəziyyəti pisləşməyib, o, müalicəsini və reabilitasiyasını davam etdirir. Bu barədə partiyanın Dövlət Dumasındakı fraksiyasının mətbuat xidmətinin rəhbəri Aleksandr Dyupin məlumat verib.
“Vladimir Jirinovskinin vəziyyəti pisə doğru dəyişməyib. Müalicə və reabilitasiyasını davam etdirir, hər şey plan üzrə gedir”, - o, vurğulayıb.