Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib-YENİLƏNİB
12 dekabr 2020 10:50 (UTC +04:00)

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib-YENİLƏNİB

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb.

***

10.10

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 910

Oxşar yazılar