Prezidentlər Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər
10 dekabr 2020 12:14 (UTC +04:00)

Prezidentlər Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər Xiyabanını ziyarət ediblər.

APA-nın xəbərinə görə, Azərbaycan və Türkiyə prezidentləri şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan və Türkiyə dövlət başçıları “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Türk Şəhidliyini də ziyarət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1055

Oxşar yazılar