Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatın ciddi şəkildə qrafikə uyğun davam etdiyini bildirib.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, o, bu barədə Təhlükəsizlik Şurasının iclasında bildirib.
Bundan əvvəl məlum olub ki, dövlət başçısı Ukraynada keçirilən xüsusi əməliyyat zamanı həlak olan hərbçilərin bütün ailə üzvlərinə 7 milyon rubldan çox (62 min dollardan çox) təzminat ödənilməsi barədə göstəriş verib.
O, həmçinin Ukraynada həlak olan hərbçilərin ailələrinə 5 milyon rubl (44 min dollardan çox) əlavə ödənişin müəyyən edilməsi barədə göstəriş verib.