“Tarakanlar Partiyası” hakimiyyəti yeni yürüşlə  hədələdi
04 oktyabr 2026 15:00 (UTC +04:00)

“Tarakanlar Partiyası” hakimiyyəti yeni yürüşlə hədələdi

0


"Tarakanlar Partiyası" (Cockroach Janta Party, CJP), seçkilər üzrə baş komissar Qyaneş Kumar istefa etmədiyi təqdirdə oktyabrın 10-da Yeni Delhidə ümummilli yürüş elan edib. Bunu Mumbayda kütləvi etiraz aksiyasından sonra partiyanın qurucusu və koordinatoru Abhicit Dipke bildirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, polisin icazə verməməsinə baxmayaraq, etiraz aksiyası oktyabrın 2-də Şivaci parkında baş tutub. Hindistan mediasının məlumatına görə, aksiyaya minlərlə insan qatılıb. İştirakçılar arasında aktyorlar və musiqiçilər də olub.

"Əgər Qyaneş Kumar istefa verməsə, Hindistanın hər yerindən tarakanlar oktyabrın 10-da Dehliyə yürüş edəcək və Cantar-Mantarda etiraz edəcəklər", - Dipke bildirib.

O, hindliləri yürüşə qoşulmağa çağıraraq bildirib ki, bu yürüş ölkədə azad və ədalətli seçkilərin və demokratiyanın müdafiəsi ilə bağlıdır.

"Əgər Dehli polisi bizi dayandırmağa çalışsa, onların bizi dayandırdığı hər yer bizim Cantar-Mantarımız olacaq. Etirazımız dinc olacaq. Biz Mahatma Qandinin göstərdiyi yolu izləyəcəyik", - partiyanın təsisçisi bildirib.

Etirazlar seçici siyahılarının xüsusi intensiv yenidən baxılması ilə bağlı mübahisədən qaynaqlanır. Müxalifət qüvvələri və fəallar Seçki Komissiyasını siyahıların yenilənməsində qanunsuzluqlarda ittiham edir, Komissiya isə bu ittihamları rədd edir və qanuna uyğun hərəkət etdiyini iddia edir.

Oktyabrın 2-də Yeni Dehli polisi Cantar-Mantarda və ətraf küçələrdə toplaşan 700-dən çox etirazçını saxlayıb. Saxlanılanlar arasında Dehlinin keçmiş baş naziri Atişi də olub. Polis etiraz aksiyasına icazə verməyib və beş nəfərdən çox insanın toplaşmasını qadağan edən məhdudiyyətlər tətbiq edib.

“Tarakanlar Partiyası” bildirib ki, seçki komissiyasının rəhbəri etirazçıların istefa tələblərinə əməl etməsə, oktyabrın 10-da yeni yürüş keçirmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar