Tokayevin APA-ya müsahibəsi Qazaxıstanda geniş əks-səda doğurdu
11 mart 2024 15:05 (UTC +04:00)

Tokayevin APA-ya müsahibəsi Qazaxıstanda geniş əks-səda doğurdu

Prezident Kasım-Jomart Tokayevin APA informasiya agentliyinə müsahibəsi Qazaxıstan mediasında geniş əks-səda doğurub.

Lent.az xəbər verir ki, Qazaxıstan Prezidentinin müsahibəsində ikitərəfli münasibətlər, regionda sülh və sabitliyin təmin olunmasına, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Türk Dövlətləri Təşkilatının önəmli aktora çevrilməsi, Orta Dəhlizinin əhəmiyyətinin artması barədə dediyi fikirlər onlarla media qurumu tərəfindən tirajlanıb.

Belə ki, Qazaxıstanın rəsmi dövlət agentliyi “Kazinform” müsahibəni tam mətnlə yayımlayıb.

Eyni zamanda, “kazlenta.kz”, “kaztag.kz”, “altainews.kz”, “zonakz.net”, “ktk.kz”, “ulysmedia.kz”, “altainews.kz”, “tengrinews.kz”, “zakon.kz”, “kz.vesti.news”, “kz.kursiv.media”, “24.kz”, “Sputnik Kazakhstan”, “smi24.kz”, “tengrinews.kz”, “liter.kz”, “kt.kz”, “oqu.news”, “nomad.su”, “exclusive.kz”, “bes.media”, “astanatimes.com” və digər media qurumları Kasım-Jomart Tokayevin APA xəbər agentliyinə müsahibəsini yayımlayıblar.

Qazaxıstanın Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesablarında da müsahibədən çıxarışlar paylaşılıb.

Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur - MÜSAHİBƏ

# 2967
avatar

Oxşar yazılar