Ukrayna və Rusiya arasındakı növbəti danışıqlar İstanbulda olacaq -  YENİLƏNİB
27 mart 2022 22:22 (UTC +04:00)

Ukrayna və Rusiya arasındakı növbəti danışıqlar İstanbulda olacaq - YENİLƏNİB

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, görüş yeri barədə Türkiyə liderinin ofisinə istinadən xəbər yayılıb.

Telefon danışığı zamanı dövlət başçıları Ukrayna ətrafındakı vəziyyəti və danışıqlar prosesini müzakirə ediblər. Bundan əlavə, Ərdoğan Putini əmin edib ki, Ankara Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasına davam edəcək.

Martın 27-də Rusiya prezidentinin köməkçisi Vladimir Medinski də Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsinin martın 29-30-da Türkiyədə keçiriləcəyini bildirib.

***

19:15

Ukrayna və Rusiya arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqların növbəti mərhələsi martın 28-30-da Türkiyədə keçiriləcək.

Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, bu barədə “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri, danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya “Facebook”da məlumat verib.

"Bu gün video danışıqların növbəti raundunda iki nümayəndə heyəti ilə növbəti canlı raundun martın 28-30-da Türkiyədə keçirilməsi qərara alınıb. Təfərrüatlar daha sonra olacaq", - Araxamiya yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3505

Oxşar yazılar