Ukrayna və Rusiya xarici işlər nazirlərinin görüşü bitdi: İlk  AÇIQLAMA:   "Təslim olmayacağıq" -  YENİLƏNİB
10 mart 2022 14:12 (UTC +04:00)

Ukrayna və Rusiya xarici işlər nazirlərinin görüşü bitdi: İlk AÇIQLAMA: "Təslim olmayacağıq" - YENİLƏNİB

Görüşdən sonra Ukraynanın xarici işlər naziri Kuleba açıqlama verib. 

Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, o deyib: 

“Mən bura yaxşı niyyətlə gəlmişəm. Təəssüf ki, Lavrov belə mövqedə deyildi. Ən təcili humanitar vəziyyətləri həll etmək üçün 24 saatlıq atəşkəs rejimini də gündəmə gətirdik. Bunda da uzağa getmədik. Rusiyada bu qərarı verəcək başqa insanlar da var. Əgər həll yolu olarsa, yenidən bu formatda danışıqlar apara bilərik...

Bu problemi həll etmək üçün Rusiya prezident Putinin daha əvvəl irəli sürdüyü tələbləri yerinə yetirməkdə israrlıdır. Ukrayna bununla razılaşa bilməz. Ukrayna təslim olmayacaq və öz vətəndaşlarını Rusiya təcavüzündən qorumağa davam edəcək".

Rusiyanın xarici işlər naziri Lavrov da görüş barədə danışıb:

“Biz Belarus ərazisində əldə etdiyimiz səviyyəni davam etdirmək istəyirik. Görüşdə gördük ki, bizim başqa alternativimiz yoxdur, biz bu yolla gedəcəyik. Türkiyəli dostlarımızın təşəbbüsü ilə humanitar məsələlərdən danışdıq. Biz vətəndaşların həyatını asanlaşdırmağa çalışırıq. Onlar girov saxlanılır, onlardan istifadə edirlər”.
 

***

13:57

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş başa çatıb.

Lent.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, görüşdə Ukrayna və Rusiya prezidentlərinin birbaşa danışıqları məsələsi müzakirə olunub.

Hazırda hər iki XİN başçısı ayrı-ayrılıqda mətbuat konfransı keçirir.

 

***

12:49

 

Türkiyənin Antalya şəhərində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın görüşü başlayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, görüşdə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu da iştirak edib. Görüş başlayarkən Kuleba danışığın gündəliyinin müəyyən edilməsini təkid edib.

Söhbət, Ukraynada atəşkəsə nail olunması, Mariopol, Xarkov, Sumı, Volnovax şəhərlərində humanitar dəhlizin yaradılması, habelə Rusiya qoşunlarının Ukraynadan çıxarılması olub.

Dmitri Kuleba

Sergey Lavrov

# 6702
avatar

Mehman Nəbiyev

Oxşar yazılar