VIII qurultaya hazırlıq  yekunlaşdı - YAP sabah iclas keçirir
21 sentyabr 2026 16:24 (UTC +04:00)

VIII qurultaya hazırlıq yekunlaşdı - YAP sabah iclas keçirir

0

Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının konfranslarının keçirilməsi, VIII Qurultaya nümayəndələrin seçilməsi prosesi başa çatıb. 

Lent.az-ın xəbərinə görə, sabah YAP mərkəzi qərargahında rayon təşkilatlarının sədrlərinin iclası keçiriləcək, qurultayla bağlı texniki məsələlər müzakirə olunacaq. 

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.

YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.

YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar