Bolu vilayətinin bələdiyyə başçısı Bakıda səfərdədir
31 iyul 2014 11:46 (UTC +04:00)

Bolu vilayətinin bələdiyyə başçısı Bakıda səfərdədir

0

Bolu vilayətinin bələdiyyə başçısı və üzvləri Fəxri və Şəhidlər Xiyabanlarını, Türk  Şəhidliyini  ziyarət ediblər.   Lent.az-ın məlumatına görə, türkiyəli qonaqlar millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizə səfər ediblər.

Qonaqlar öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamını xatırladan Q. Paşayeva onun həyatının türk dünyası üçün bir örnək olduğunu qeyd edib.

Sonra qonaqlar millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Q. Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanış olublar. 

Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz, müavinləri və bələdiyyə məclis üzvlərindən ibarət nümayəndə heyəti  Azərbaycanın inkişafından çox sevindiklərini deyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar