Amerika Birləşmiş Ştatları İraqda baş verənlərə görə baş nazir Nuri əl-Malikini ittiham edir. Lent.az-ın xəbərinə görə, Senatın Təhlükəsizlik Komitəsinin sədri Dayenn Faynştayn apreldə keçirilmiş seçkilərdə qələbə qazanmasına baxmayaraq, hökumət təşkil etmək üçün koalisiya axtarışında olan Maliki hökumətinin istefasını tələb edib: “Əgər prosesdə irəliləyiş görmək istəyiriksə, Maliki hökuməti getməlidir”.
ABŞ müdafiə naziri Hagel və Silahlı Qüvvələrin rəhbəri Dempsi də Malikini günahlandırır.