ABŞ səfiri: “Azərbaycan insan alverinə qarşı mübarizədə mühüm səylər göstərib”
23 iyun 2014 22:13 (UTC +04:00)

ABŞ səfiri: “Azərbaycan insan alverinə qarşı mübarizədə mühüm səylər göstərib”

0
Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri qeyd etmək üçün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar hökumət rəsmiləri, vətəndaş cəmiyyəti üzvləri və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə qəbul keçirib.

 

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Riçard Morninqstar ötən illər ərzində Azərbaycan hökuməti insan alverinə dair cinayət işlərinin hüquqi çərçivəsini daha da genişləndirmək və gücləndirmək istiqamətində mühüm səylər göstərdiyini qeyd edib.  

 

Onun sözlərinə görə, qurbanların reabilitasiyası və sosial reinteqrasiyasına kömək naminə mövcud xidmətlərin artırılması məqsədi ilə hökumət QHT sektorundan olan tərəfdaşlarla münasibətlər qurub: “ABŞ insan alverinə qarşı mübarizə üzrə Azərbaycandan olan tərəfdaşları ilə birgə işləyərək hüquq mühafizə və qanunvericilik təlimləri keçirib, rəsmi nümayəndələrin və QHT təmsilçilərinin tanışlıq səfərlərini maliyyələşdirib, eləcə də insan alveri qurbanları üçün sığınacaqların fəaliyyətinə maddi dəstək verib”.

 

ABŞ səfiri cinsi istismar və məcburi əməyə qarşı mübarizə aparmaq üçün ölkəsinin Azərbaycanla birgə işləməyə sadiq olduğunu vurğulayıb: “Müasir dövrün köləliyinə son qoymaq  və beləliklə, ölkədəki kişi, qadın və uşaqların ləyaqətini təmin etmək üçün birgə işləməliyik.”

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 539

Oxşar yazılar