Aparat rəhbəri İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib
15 mart 2019 23:28 (UTC +04:00)

Aparat rəhbəri İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib

0
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib.
 
Azərbaycan XİN-dən verilən məlumata əsasən, bu ilin 1-2 mart tarixlərində Abu-Dabidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvlüyünə seçkilər baş tutub.
 
Qruplar üzrə keçirilən seçkilərdə ölkəmizin də təmsil olunduğu Asiya qrupu üçün müəyyən olunmuş 3 vakant yerə 5 ölkənin, o cümlədən ölkəmizin namizdəliyi irəli sürülüb.
 
Seçkilər zamanı Azərbaycan namizədliyi mövcud 3 vakant yerə seçilmiş ölkələr arasında ən çox səs toplayan (Azərbaycan, Pakistan və Malayziya) tərəf olub.
 
(Trend) 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1094

Oxşar yazılar