Azərbaycanda gizli eşq yaşayan evli qadın şantaj olunub.
Lent.az xəbər verir ki, hadisə rayonlardan birində qeydə alınıb.
Məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyən Nigar Səmədova “tiktok” sosial şəbəkəsində 35 yaşlı Rüstəm Rzayevlə (adlar şərti) tanış olub. Sonradan onlar arasında sevgi münasibətləri yaranıb. Nigar evli və 2 övladının olmaına baxmayaraq, Rüstəmlə görüşüb. Münasibətləri zamanı qadın sevgilisinə 2940 manat pul bağışlayıb. Görüşlərin birində Rüstəm Nigara cinsi əlaqə təklif edəndən sonra qadın ayrılmaq qərarına gəlib. Bunu bilən Rüstəm isə Nigardan istədiyi vaxt əldə etdiyi pulları itirməmək üçün qadını şantaj etmək qərarına gəlib.
O, aralarında olan sevgi münasibətlərini ərinə, qohumlarına və işlədiyi məktəbdə iş kollektivinə deyəcəyi hədəsi ilə Nigarı hədələyib. Bu üsulla ondan 4917 manat pul istəyib. N. Səmədova əvvəlcə bu addımı atmaması üçün Rüstəmə yalvarıb və sakitcə münasibətlərini bitirməyi istəyib. Lakin Rüstəm onun bu istəyinə məhəl qoymayıb.
Beləliklə R. Rzayev qadından istədiyi 4917 manat pulu alıb.
Bu əməlinə görə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə pul tələbetmə) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və İkinci Qarabağ müharibəsi veteran olmasını bildirib. Zərərçəkən qadının sözlərinə görə, hazırda Rüstəmlə barışmayıb və ona dəyən ziyan ödənilməyib.
Məhkəmənin qərarı ilə Rüstəm Rzayev 4 il müddətinə azadlıqdan məhrum edilib.