Zaqatalada  maşın bazarında durğunluq: Alıcı yoxdur -VİDEO
04 noyabr 2026 17:22 (UTC +04:00)

Zaqatalada maşın bazarında durğunluq: Alıcı yoxdur -VİDEO

0

Zaqatalanın Əliabad qəsəbəsində yerləşən maşın bazarında avtomobil alqı-satqısında durğunluq yaşanır.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, bazarda alıcıların sayı azdır, satıcılar isə qiymətləri endirmək istəmirlər.

Satıcılar alıcılıq qabiliyyətinin aşağı olmasından şikayətlənirlər.

Avtomobil almaq istəyən yaşlı sakinlərdən biri 4 min manatlıq büdcəsinə uyğun maşın tapa bilmədiyini deyib.

“Mənim büdcəm 4 min manatdır. Amma nə qədər gəzdim, bu qiymətə maşın tapa bilmədim. Yəqin ki, yolumu Bakıdan salacağam”, – deyə o bildirib.

Əliabad maşın bazarında satışa çıxarılan avtomobillərin əksəriyyəti sovet istehsalı olan köhnə modellərdir. Lakin bu maşınlara da maraq olduqca zəifdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar