Asəf Hacıyev QDİƏT Parlament Assambleyasının baş katibi seçildi
09 dekabr 2014 15:08 (UTC +04:00)

Asəf Hacıyev QDİƏT Parlament Assambleyasının baş katibi seçildi

0

 

Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) bu gün Afinada keçirilən 44-cü sessiyasında azərbaycanlı deputat Asəf Hacıyev PA-nın baş katibi seçilib.

 

 

Bu barədə APA-ya açıqlamasında A. Hacıyev özü bildirib.

 

O qeyd edib ki, səsvermədə müxtəlif ölkədən 57 deputat iştirak edib, deputatlardan 47-si onu dəstəkləyib, 10-u isə ukraynalı namizəd, indiyə qədər baş katib olmuş Kiril Tretyaka səs verib: “Beləliklə, 3 il bu vəzifəni icra edəcəyəm. Baş katiblik İstanbulda yerləşdiyi üçün vəzifəmin icrası ilə əlaqədar ora köçməli olacağam”.

 

Qeyd edək ki, A. Hacıyev QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar