
Astarada əl qumbaraları tapıldı
Martın 29-da saat 22:22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Astara rayonu, Qamışovka kəndi ərazisində 2 ədəd F-1 əl qumbarasının və tapançanın tapılması barədə məlumat daxil olub. Bu barədə Lent.az-a ANAMA-dan bildirilib.
Xəbərdə qeyd olunur ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sahil Mühafizəninəməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi Sahil Mühafizənin əməkdaşları tərəfindən mühafizəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 1 ədəd korroziyaya uğramış tapança aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş obyektlərin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxşar yazılar

Arıqlayıb və cavanlaşıb: 77 yaşlı Hillari Klinton hamını HEYRƏTLƏNDİRDİ
4 may 2025 , 16:02
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı: deport edilir
4 may 2025 , 13:30
Putinin nəvələri onu görmək üçün Kremlə də gələ bilərlər
4 may 2025 , 12:18
Ərdoğan Bakı Ali Neft Məktəbinin tələbərinə mükafat verdi - Texnofest 2025
3 may 2025 , 22:25
Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri ilə öldü - MƏHKƏMƏ
2 may 2025 , 14:14
Bakıda media ilə bağlı FORUM KEÇİRİLİB
2 may 2025 , 11:10
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında
2 may 2025 , 02:35