Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı yenidən təsis olunacaq
19 iyul 2014 18:54 (UTC +04:00)

Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı yenidən təsis olunacaq

0

Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı (TAKM) yenidən təsis olunacaq.

 

Bu barədə APA Türkiyə Jandarma Baş Komandanlığına istinadən məlumat verib.

 

TAKM-ın yenidən formalaşdırılmasının səbəbi bu ilin mart ayında Monqolustan tərəfinin təsis müqaviləsini imzalamamasıdır. Monqolustanın imtinası ilə əlaqədar təşkilatın yenidən təsis olunması qərara alınıb.

 

Təşkilatda Monqolustanı Qazaxıstan əvəz edəcək: “İlk vaxtlarda təşkilatın təsisi ilə bağlı fəaliyyətlərdə yer alan, ancaq öz daxili təşkilati-strukturunda dəyişikliklərlə əlaqədar Təsis Müqaviləsini imzalamayan Qazaxıstan Daxili Qoşunlarının müraciəti ilə TAKM-ın Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan arasında yenidən formalaşdırılması planlaşdırılır. Bu çərçivədə fəaliyyətlər davam edir”.

 

APA-nın əldə etdiyi məlumata görə, yenidən təsislə əlaqədar Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının qısaldılmış adı olan TAKM-da dəyişikliyin edilməsi gözlənilir.

 

Qeyd edək ki, TAKM 2013-cü il yanvar ayının 25-də Bakıda Avrasiya bölgəsində yerləşən və təşkilatda təmsil olunan ölkələrin hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığı gücləndirmək məqsədilə təsis olunub. Təşkilatın qısa adı olan TAKM onun təsisçiləri – Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın adının ingiliscə yazılışda baş hərflərindən formalaşıb. Təşkilatın emblemində at (türkdilli xalqların mifologiyasından və mədəniyyətindən götürülüb) və 4 ulduz təsviri var.

 

Xatırladaq ki, TAKM-ın Bakıda təsis toplantısı xarici mediada “Turan ordusu qurulur” sərlövhəsi ilə yayımlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar