Azərbaycanın Türkiyədəki hərbi attaşesi dəyişdirildi
10 iyun 2014 13:02 (UTC +04:00)

Azərbaycanın Türkiyədəki hərbi attaşesi dəyişdirildi

0

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi dəyişdirilib.


 

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, hərbi attaşe, polkovnik Tofiq Qasımov vəzifəsindən azad edilib. Onun yerinə isə Silahlı Qüvvələrin zabiti, polkovnik İlqar İbrahimov təyin edilib.

 

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

 

Qeyd edək ki, polkovnik Tofiq Qasımov 2012-ci ildə Türkiyəyə hərbi attaşe təyin olunub. Bundan əvvəl o, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi və Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifələrində çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1128

Oxşar yazılar