Türkiyənin Bursa şəhərində Beynəlxalq Ərtuğrul Qazini Anma və İnegöl şənlikləri keçirilib. Lent.az-ın məlumatına görə, Ərtuğrul Qazi Dərnəkləri Federasiyasının üzvü İnegöl Ərtuğrul Qazi Kültür və Yaşatma Dərnəyi tərəfindən keçirilən 16-cı festival üç gün davam edib.
Bursa və İnegöl rəsmilərinin, siyasi partiya təmsilçilərinin qatıldığı tədbiri giriş sözü ilə İnegöl Ərtuğrul Qazi Kültür və Yaşatma Dərnəyinin sədri Cafer Atan açıb.
Dərnək başçısı Cəfər Atan "Ölkəmizin böhranlarla əhatə olunduğu, itkin və faciələrin ümidlərimizi kölgələdiyi bir dövrdə söyüd ruhundan feyz almaq, Ərtoğrul Qazi fəlsəfəsiylə yolumuzu işıqlandırmaq üçün burada toplandıq, burada görüşdük"-söyləyib.
"Axtarışı içində olduğumuz birlik istiqamətinin Ərtoğrul Qazi müqəddəs mirasından keçdiyini bilmək və anlamaq lazımdır. Türk milləti əsrlərin maneələrini, tarixin sarp yollarını, qarşısına çıxarılan çətinlikləri və önünə tikilən çətinlikləri bu mirasın bələdçiliyi ilə aşıb. Ərtoğrul Qazi zehniyyəti zəfərin, əzəmətin, ədalətin və fəthin xəbərçisi olaraq əsrlərə Türk möhürünü vurub, Türk imzasını atıb”.
Cafer Atandan sonra çıxış edən İnegöl qaymaqamı Ali Akça tarixi məlumatlarla Osmanlı dövlətinin quruluşunu izah edib: "Uca millətin Anadoluya girişi 1071-ci ildə Malazgirt müharibəsi ilə başladı. Böyük Səlcuq Sultanı Alparslan 1071-ci ildə Malazgirtdə, Bizans imperatorunu məğlub edərək, Anadolunun qapılarını sonsuza bərabər türklərə çıxarıb. Daha sonra bu torpaqlarda Anadolu Səlcuq dövləti qurulub”.
CHP İlçə Başqanı Turhan Neşe isə deyib ki, Vətən – Ərtoğrul Qazi vəsiyyətidir, Hayma Ananın duasıdır, Şeyx Edabalinin nəsihətidir və Dursun Fakih diləkləridir: “Vətən - içində nəfəs alıb verdiyimiz, şəhidlərimizin əziz xatirələrinin yaşandığı və millət varlığının əbədiyyətə qədər Allahın izni ilə alın yazısı olan müqəddəs və ülvi bir qiymətdir. Əcdadımızın buyruq və öyüdlərindən ayrılmadan, keçmişin təcrübə və mirasından geri çəkilmədən, Türk milləti şərəfinə ləkə sürdürmədən, andlarını pozmadan çıxdığımız bu yolda əsla yanlış yola girməyəcəyik".
Festivalda Azərbaycandan gələn “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər də çıxış edib. Çıxışına “Türklük bədənimiz, İslamiyyət ruhumuzdur” deyə başlayan baş redaktor bunları söyləyib: “Ərtuğrul Qazi ruhla bədənin birləşməsiylə bir bəyliyin necə möhtəşəm bir imperiyaya çevrilmənin mümkünlüyünü göstərdi. Biz ruhumuza və bədənimizə eyni anda sahib çıxdıqda böyük oluruq və heç bir güc bizim önümüzdə dura bilməz. Bu gün Kərkük, Qarabağ, Doğu Türküstan qan ağlayırsa, bunun səbəbi bizim dəyərlərimizdən uzaq düşməyimizdədir. Biz dəyərlərimizə nə qədər sarılsaq, bir o qədər düşmənə qalib gəlmək bizim üçün asanlaşacaq”.
Aqil Ələsgər çıxışdan sonra Azərbaycan bayrağı, Qarabağla bağlı kitab və CD-ləri dərnək başqanına hədiyyə edib.
Baş redaktora xatirə plaketini isə İnegöl Ərtuğrul Qazi Kültür və Yaşatma Dərnəyi başqan yardımçısı Hasan Bayraq təqdim edib.
Festivalda Türkiyənin tanınmış millətçi sənətçisi Emel Örgün ilə birlikdə Makedoniya, Yaponiya və Azərbaycandan olan rəqs qrupları iştirak ediblər.
Azərbaycanı Vüqar Əliyevin başçılıq etdiyi Sumqayıt şəhər “Dostluq” Mədəniyyət Evinin “Şahinlər” rəqs qrupu təmsil edib. Rəqs qrupu keçən il İnegöldə keçirilən rəqs yarışmasında qaliblər sırasında olduğundan bu il dərnək tərəfindən təkrar dəvət edilib.
Eyni zamanda festivalda Aqil Ələsgərin təşəbbüsü ilə dərnək rəhbərliyi “Türk əsildir. Əsla Soyqırım etməz” şüarı altında Xocalı faciəsinə dair kitab və disklərdən ibarət sərginin açılmasına yardımçı olub. Dağlıq Qarabağ problemi, erməni terrorçuluğu və Xocalı soyqırımı ilə bağlı məlumatların yer aldığı materiallar başda İnegöl qaymaqamı Ali Akça olmaqla qonaqlara paylanılıb.