Daxili Qoşunlar komandanı türkiyəli hərbiçiləri yola saldı
22 iyul 2014 10:21 (UTC +04:00)

Daxili Qoşunlar komandanı türkiyəli hərbiçiləri yola saldı

0

Türkiyənin Jandarm Qüvvələrinin Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan daha bir heyətinin fəaliyyət müddəti başa çatıb. Daxili Qoşunların mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu münasibətlə daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov heyətlə görüşüb.

 

 

Ş. Məmmədov xidməti ezamiyyətini başa vurmuş qoşunların hərbi hissələrində çalışmış 9 nəfərdən ibarət müəllim heyətinə göstərdikləri köməkliyə görə minnətdarlığını bildirib.

 

Türkiyəli müəllim heyəti onlara göstərilən diqqətə görə Daxili Qoşunların komandanına minnətdarlıq ifadə edib. Xidməti fəaliyyət müddətində  qardaş münasibətini hiss etdiklərini deyən heyət üzvləri Daxili Qoşunlara daima köməklik göstərməyə hazır olduqlarını bildiriblər. Görüşün sonunda general-mayor Ş. Məmmədov Jandarm Qüvvələrinin zabitlərini “Fərman"la mükafatlandırıb və xatirə şəkli çəkdirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 784

Oxşar yazılar