XIN diplomatları toplayacaq
04 iyul 2014 12:42 (UTC +04:00)

XIN diplomatları toplayacaq

0

İyulun 7-10-da Bakıda Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçiriləcək. Bu barədə APA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib.


 

Müşavirədə Azərbaycan Respublikasının xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 681

Oxşar yazılar