Dövlət müşaviri Qarabağ bölgəsində görüşlər keçirib
24 iyun 2014 21:32 (UTC +04:00)

Dövlət müşaviri Qarabağ bölgəsində görüşlər keçirib

0

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Ağdam, Ağcabədi, Bərdə, Xocavənd və Füzuli rayonlarında yerli ziyalılarla görüşüb. Tədbirlərdə Azərbaycanda etnik-dini durum, ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər, etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri müzakirə olunub.

 

Kamal Abdulla ölkə rəhbərliyi tərəfindən dövlət - din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığına diqqət çəkib, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti, təbliği və təşviqi istiqamətində reallaşan dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər haqda danışıb, müxtəlif layihə və proqramlar barədə söz açıb.

 

Dövlət müşaviri sözügedən rayonlarda olan bəzi məscid və dini obyektlərə də baş çəkib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 724

Oxşar yazılar