Dövlət qeydiyyatından keçmiş KİV-in sayı açıqlanıb
22 iyul 2014 21:12 (UTC +04:00)

Dövlət qeydiyyatından keçmiş KİV-in sayı açıqlanıb

0
“Ötən illər ərzində həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-in kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərib”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə çıxışında deyib. 

 

Ə. Həsənov bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib.

 

Şöbə müdirinin sözlərinə görə, ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 703

Oxşar yazılar