Elmar Məmmədyarov  Minsk Qrupunun həmsədrləri ilə də görüşüb
22 iyul 2014 22:43 (UTC +04:00)

Elmar Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə də görüşüb

0
Xarici işlər naziri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə iştirakı ilə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşüb.

 

XİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ictimaiyyətə yaxşı məlum olan prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında münaqişənin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.

 

Qeyd edək ki, həmsədr ölkələri prezidentləri dəfələrlə öz bəyanatlarında mövcud status-kvonun qəbuledilməzliyini vurğulayıblar. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar