Elmar Məmmədyarov Belarus prezidenti ilə görüşüb
06 oktyabr 2014 16:00 (UTC +04:00)

Elmar Məmmədyarov Belarus prezidenti ilə görüşüb

0
Xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov prezident İlham Əliyevin səmimi salamlarını Belarus prezidentinə çatdırıb.

 

Prezident Aleksandr Lukaşenko onun da səmimi salamlarının və xoş arzularının Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

 

Belarus prezidenti iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və bu istiqamətdə atılan səyləri dəstəklədiyini bildirib. Dövlət başçısı  əlavə edib ki, iki ölkənin əməkdaşlığının böyük perspektivləri var.

 

Görüşdə qarşıdan gələn ildə hökumətlərarası komissiyanın iclasının keçirilməsi məsələsi müzakirə edilərək, onun gündəliyinin ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərinə uyğun olaraq zənginləşdirilməsinin vacibliyi vurğulanıb.

 

Nazir  Azərbaycan Respublikası tərəfindən də iki ölkə arasındakı əlaqələrin inkişafının yüksək qiymətləndirildiyini və beynəlxalq məsələlərə münasibətdə ölkələrimiz mövqelərinin üst-üstə düşdüyünü deyərək, Azərbaycanın ticarət dövriyyəsinin artırılması istiqamətində ardıcıl səylər göstərdiyini bildirib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 613

Oxşar yazılar