Gəncə şəhər icra hakimiyyəti başçısına yeni müavin təyin edilib
12 iyun 2014 22:01 (UTC +04:00)

Gəncə şəhər icra hakimiyyəti başçısına yeni müavin təyin edilib

0

Gəncə şəhər İcra Hakimiyyətində yeni təyinat olub.APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə Dövlət Universitetində Musiqi kafedrasının müdiri Sevda Firudin qızı Qurbanəliyeva Gəncə şəhər icra hakimiyyəti başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini təyin edilib.

 

Bu gün şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev yeni müavini ictimaiyyətə təqdim edib.

 

Humanitar məsələlər üzrə müavin vəzifəsində çalışan Nizami Sabir oğlu Hacıyev isə şəhər icra hakimiyyəti başçısının şəhər təsərrüfatı məsələlər üzrə müavini vəzifəsinə təyin olunub.

 

Gəncə şəhər icra hakimiyyəti başçısının şəhər təsərrüfatı məsələlər üzrə müavini vəzifəsi təxminən iki il idi ki təyinatsız qalmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1589

Oxşar yazılar