Həmsədrlər ATƏT-in baş katibliyini məlumatlandıracaq
23 iyul 2014 10:51 (UTC +04:00)

Həmsədrlər ATƏT-in baş katibliyini məlumatlandıracaq

0
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanaya yollanıb.

 

APA-nın verdiyi xəbərə görə, bu barədə diplomatın “Tvitter” səhifəsində yerləşdirilən məlumatda bildirilir.

 

C.Uorlikin Vyanaya səfərinin məqsədi Minsk qrupunun ofisini və ATƏT-in baş katibliyini Qarabağ danışıqlarının gedişatı barədə məlumatladırmaqdır.

 

“Bu gün ATƏT-in Minsk qrupu bəyanat verəcək. Bəyanatda zorakılığın artmasından narahatlıq ifadə olunacaq”, - deyə o vurğulayıb.

 

Xatırladaq ki, dünən Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 573

Oxşar yazılar