Hikmət Hacızadə: [b]“Qurultay keçirilməlidir”[/b]
23 iyul 2014 12:29 (UTC +04:00)

Hikmət Hacızadə: [b]“Qurultay keçirilməlidir”[/b]

0

Müsavat Partiyasının qurultayının keçirilməsi vacibdir”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadə deyib.

 

H. Hacızadə partiyanın bəzi üzvlərinin qurultayın parlament seçkilərinə qədər təxirə salınması barədə fikirləri ilə razılaşmayıb. O qeyd edib ki, partiyada yenilənmə olmalıdır: “Qurultayı keçirmək lazımdır. Qurultayda yeni başqan seçiləcək, partiyanın sənədlərinə baxılacaq, yeni Divan formalaşacaq. Demokratiyanın qanunu odur ki, heç kim əbədi olaraq, vəzifədə qalmamalıdır, gərək dəyişsin”.

 

H. Hacızadə başqanlığa namizəd olmayacağını deyib.

 

Kimin namizədliyini dəstəkləyəcəyinə gəlincə isə, bu barədə qərarını qurultay ərəfəsində açıqlayacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 677

Oxşar yazılar