İlham Əliyev Joze Manuel Barrozu ilə görüşdü - YENİLƏNİB
14 iyun 2014 16:01 (UTC +04:00)

İlham Əliyev Joze Manuel Barrozu ilə görüşdü - YENİLƏNİB

0

Prezident İlham Əliyev və Azərbaycanda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub. Lent.az-ın məlumatına görə, prezident Avropa Komissiyasının sədrini qarşılayıb.

 Prezident İlham Əliyev və Joze Manuel Barrozu rəsmi foto çəkdiriblər. Sonra onlar arasında təkbətək görüş olub.

 

Görüşdə Azərbaycanla Avropa Birliyi arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Joze Manuel Barrozunun səfərinin Azərbaycan-Avropa  Birliyi münasibətləri baxımından önəmi qeyd edilib.

 

Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 853

Oxşar yazılar