İlham Əliyev Misirin yeni prezidentini təbrik edib
09 iyun 2014 18:30 (UTC +04:00)

İlham Əliyev Misirin yeni prezidentini təbrik edib

0

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının yeni seçilmiş prezidenti Əbdülfəttah əs-Sisini təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident  ona  dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb: “Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikasını, xalqlarımızı dərin tarixi kökləri olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, bu münasibətlər ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da möhkəmlənəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, Misir Ərəb Respublikasına isə daim firavanlıq və tərəqqi diləyirəm”.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 557

Oxşar yazılar