İlham Əliyev Putini təbrik etdi
11 iyun 2014 19:04 (UTC +04:00)

İlham Əliyev Putini təbrik etdi

0

Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putini Dövlət bayramı – Rusiya Günü münasibətilə təbrik edib. Lent.az-ın xəbərinə görə, təbrikdə deyilir:

 

“Bu gün Rusiya Federasiyası sosial-iqtisadi və ictimai-siyasi sahələrdə sanballı uğurlar qazanmış müasir dövlətdir. Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı dəyişikliklər ölkənizin daha da inkişaf etməsinə şərait yaradır.
 

Xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri müxtəlif sahələrdə ümumi maraqları ehtiva edən uğurlu əlaqələrin möhkəm təməlini təşkil edir.
 

Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, çoxplanlı Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri və strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın firavanlığı, regionda sülh və sabitlik naminə bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcək.
 

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzu edirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1543

Oxşar yazılar