Prezident Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
15 sentyabr 2014 15:20 (UTC +04:00)

Prezident Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Sentyabrın 15-də prezident İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının gündəliyində duran məsələlərin geniş şəkildə nəzərdən keçirilməsinin önəmini qeyd edib.

 

Rusiyanın prezidenti Vladimir Putinlə Soçidə görüşünü məmnunluqla xatırlayan prezident İlham Əliyev həmin görüşdə ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı səmərəli müzakirələr aparıldığını vurğulayıb. Hazırkı dövrdə ticarət dövriyyəsinin artırılması, o cümlədən iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən dövlətimizin başçısı Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.

 


Böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəldiyini diqqətə çatdıran D. Roqozin nümayəndə heyətinin tərkibində yüksək səviyyəli məmurların olmasının əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin operativ həlli baxımından əhəmiyyətini vurğulayıb. O, komissiyanın bugünkü iclasında dövlət başçılarının Söçi görüşündə qarşıya qoyduqları vəzifələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yüksək səviyyəli işçi qrupunun yaradılması və əməkdaşlığımızın digər sahələri ilə əlaqədar məsələlərin ətraflı müzakirə olunacağını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951

Oxşar yazılar