Türkiyənin İğdır şəhər valisi Fırat Taşolar Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik mesajı paylaşıb.
Lent.az xəbər verir ki, təbrik mesajında Qarabağın azadlığının və Vətən sevgisinin rəmzi olan Xarıbülbülün Azərbaycan-Türkiyə qardaşlığının da nişanəsi olduğu vurğulanıb.
“Vətən sevgisinin çiçəyi Xarıbülbül İğdırın qəlbindədir! Bu qardaşlığın İğdırda çoxlu xatirələri, yaşanmış hadisələri var. Sevincdə də, kədərdə də hər zaman bir olmuşuq. Çətin günlərdə bir-birimizə dayaq olmuş, xoş günlərdə sevincimizi bölüşmüşük”, – deyə paylaşımda bildirilib.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə dünən olduğu kimi, bu gün də eyni könül bağı ilə bir-birinin yanındadır.
“Can Azərbaycanın 8 Noyabr – Zəfər Günü mübarək olsun! Qarabağın azadlığı uğrunda canlarını fəda edən əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla anıram”, – deyə təbrik mesajında vurğulanıb.