İranın müdafiə naziri Azərbaycana səfər edəcək
18 iyun 2014 16:29 (UTC +04:00)

İranın müdafiə naziri Azərbaycana səfər edəcək

0

İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Səfər sentyabr ayına nəzərdə tutulur. Məlumata görə, İranın müdafiə naziri Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində də iştirak edəcək.

 

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin APA-ya açıqlamasında H. Dehqanın səfərinə hazırlıq getdiyini təsdiqləyib: “Səfər Azərbaycan tərəfinin dəvəti ilə gerçəkləşəcək. Hazırda səfərin dəqiq tarixi müəyyənləşdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 693

Oxşar yazılar