Kəmaləddin Heydərov və Ramil Usubov litvalı həmkarlarını təbrik ediblər
10 yanvar 2013 17:45 (UTC +04:00)

Kəmaləddin Heydərov və Ramil Usubov litvalı həmkarlarını təbrik ediblər

0

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Respublikasının yeni təyin olunmuş daxili işlər naziri Dailius Alfonsas Barakauskas ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Litva Respublikasının daxili işlər nazirliyinin səlahiyyətlərinə fövqəladə hallar, miqrasiya və sərhəd məsələləri də daxildir.

 

Dailius Alfonsas Barakauskas Litvada keçirilən parlament seçkilərindən sonra yeni yaradılan koalisiya hökumətinin ortaqlarından olan Ədalət və İntizam Partiyasının üzvüdür. Həsən Məmmədzadə Dailius Alfonsas Barakauskası yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və daxili işlər naziri Ramil Usubovun təbrik məktublarını təqdim edib. 

 

Xoş sözlər və təbrik üçün təşəkkürünü bildirən Dailius Alfonsas Barakauskas rəhbərlik etdiyi nazirliyin, eləcə də təmsil etdiyi partiyanın Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini söyləyib. O, 2001-ci ildə Litvanın nəqliyyat və kommunikasiya naziri olaraq Bakıya səfər etdiyini, Heydər Əliyev ilə görüşdüyünü və bu görüşdən dərin təəssüratla ayrıldığını xüsusi vurğulayıb. Litvalı nazir habelə bir neçə il əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşdüyünü bildirərək, Azərbaycanın son illər əldə etdiyi uğurları böyük maraqla izlədiklərini qeyd edib.

 

Görüş zamanı iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və Azərbaycan-Litva münasibətləri üçün əhəmiyyət kəsb edən məsələlərdə Ədalət və İntizam Partiyasının daha fəal olması müzakirə edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 963

Oxşar yazılar