Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iyulun 22-də Avropa Birliyi və “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, Brüssel səfəri çərçivəsində E.Nalbandyanın həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü planlaşdırılır.
Görüşdə Qarabağ nizamlanması ilə bağlı müzakirələrin aparılacağı bildirilir.