Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov dövlət başçısı İlham Əliyevin Yunanıstana etdiyi səfərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, PA rəsmisi özünün rəsmi “Tvitter” səhifəsində qeyd edib ki, Prezident İlham Əliyevin Yunanıstanda dövlət səfəri çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar bu ölkə ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişafına töhfə verəcək.
“Cənab prezidentin səfəri həm də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün faydalıdır”-deyə, N. Məmmədov əlavə edib.