Prezident: "Azərbaycan ordusu düşmənə layiqli cavab verdi"
08 oktyabr 2014 14:52 (UTC +04:00)

Prezident: "Azərbaycan ordusu düşmənə layiqli cavab verdi"

0

“Əvvəlki illərdə əsas məqsədimiz iqtisadi müstəqilliyi yaratmaq idi. Biz bunu yaratmışıq. Bu, Azərbaycana imkan verir ki, xarici sahədə də müstəqil siyasət aparsın”. Lent.az-ın məlumatına görə, bunu dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin bu gün keçirilən iclasında bildirib. 

Prezident İlham Əliyev vurğulayıb ki, 9 ay Azərbaycan üçün uğurlu olub və ölkənin inkişafı ilə bağlı inamlı addımlar atılıb: “İnflyasiya 1.5 faiz təşkil edib. Bu il də büdcə xərcləri kifayət qədər çox olub. Cari ilin əvvəlindən ölkəmizə 19 milyard dollar sərmayə qoyulub. Onun da 11 milyard dolları daxili investisiyadır”.

Prezident vurğulayıb ki, 9 ayda Azərbaycanda 100 mindən çox yeni iş yeri açılıb. “Bir çox sahələrdə Azərbaycanın müsbət təcrübəsi öyrənilir”-deyə, İlham Əliyev əlavə edib.

Dövlət başçısı bu ilin III rübündə təmas xəttində baş vermiş hadisələrə də toxunub: “III rübdə Azərbaycan-Ermənistan təmas xəttində baş vermiş hadisə zamanı Azərbaycan ordusu düşmənə layiqli cavab verdi”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1601

Oxşar yazılar